
Biz kimik?
Biz sizin sosial olmağınıza çalışan birliyik
Biz SocialUp komandasıyıq. Məqsədimiz insanlara bir araya gəlmək, fəaliyyətlər təşkil etmək və digər üzvlərlə əlaqə qurmaq imkanı verməkdir. SocialUp.az-da öz İcmanızı yaratmaq, üzvləri cəlb etmək, fəaliyyətlər təşkil etmək, fəaliyyətləri elan etmək şansınız var. Fəaliyyətlərin iştirakı müddətində də biz sizə dəstək olacağıq. Bizimlə birlikdə daha dərin əlaqələr qurun və yeni təcrübələr yaşayın!
Tez-tez verilən suallar
SocialUp nədir?
SocialUp, sosial çevrənizi böyüdərkən keyfiyyətini artıracağınız məkandır. Bu məkanda fəaliyyətlərə qoşularaq yeni tanışlıqlar qura, öz icmanızı quraraq xəyalınızda olan birliyi qura və həmin insanlarla fəaliyyət təşkil edərkən əyləncəli anlar yaşayacağınız birləşmə nöqtəsidir. Məqsədimiz, insanların sosial əlaqələrini inkişaf etdirmək, onlara zəngin və maraqlı bir təcrübə təqdim etməkdir.
İcmalarda hansı işlər görülür?
İcma rəhbəri www.socialup.az sayıtında fəaliyyətlər(voleyball, mafia, axşam yeməyi və s) təşkil edir. Fəaliyyət SocialUp tərəfindən təsdiqləndikdən sonra, icma üzvlərinə bu haqda bildiriş göndərilir və üzvlər fəaliyyətə cəlb olunur.
Necə "SocialUp"a qatıla bilərəm?
"SocialUp"-a qatılmaq üçün tək şərt veb – saytımıza daxil olub, sizə uyğun icmaya qoşulmağınızdır.
Sizi gözləyirik, həyatınızı bir üst mərhələyə çatdırmağın vaxtıdır!
Yaratdığım icmaya insanları necə cəlb edə bilərəm?
Siz icmanı yaratdıqdan sonra SocialUp Adminləri sizin İcmanızı analiz edir və sizinlə əlaqə yaradır. İcmanız bizim heç bir şərtimizi pozmursa İcmanız "İcmaya üzv ol" bölməsində görünür. Sizin yaratdığınız Fəaliyyətlər SocialUp-un sosial medya hesablarında proffesional marketinqçilər tərəfindən paylaşılır və axtardığınız topluluğa çatırsınız.
SocialUp-ın əsas məqsədləri nələrdir?
Sizin düşüncə tərzinizə, əyləncə anlayışınıza uyğun olan insanlarla rahat, əyləncəli və səmərəli vaxt keçirməyiniz. Hər kəsin öz düşüncə tərzinə uyğun insanları bir fikir etrafında qurduğu icmada toplamağına kömək etmək və bu icmada fəaliyyət tərtib etməyinə başdan sona yardımçı olmaq
İcma rəhbəri kimdir və necə seçilir?
İcma rəhbəri icmanı təşkil edən şəxsdir. Seçilmir hər insan icma rəhbəri ola bilər. Əsas şərt icma rəhbəri kimi təşkil edilən fəaliyyətlərdə aparıcı qüvvə olmaq əsas motivator olmaqdır. (Fəaliyyət üçün təşkilatçılıq, insanların yığılması və .s)
Yeni layihələrdən necə xəbərdar ola bilərəm?
Sosial şəbəkələrdə bizi izləyərək və saytımıza daxil olaraq.
Eyni zamanda neçə icma yarada bilərəm və neçə icmaya üzv ola bilərəm?
İstənilən qədər icma yaradıb, istənilən qədər icmaya üzv ola bilərsiniz
SocialUp-da nələr edə bilərik?
Burada icmaya üzv olaraq və fəaliyyətdə iştirak edərək üzvümüz ola bilərsiniz.
Hər bir üzvümüz "SocialUp"-ın tərkibində icma yaradıb, çevrəsində görmək istədiyi insanları həmin icma ətrafında toplayaraq fəaliyyətlər təşkil edə bilər.
Bəs hansı fəaliyyətlər var?
Veb Saytda müxtəlif fəaliyyətlərlə tanış ola bilərsiniz: Söhbət klubları, Mafia oyunları, fəlsəfə söhbətləri, səyahətçi dostlarla piknik, gamerlərlə CS Go və s. Burada yeni fəaliyyətlər görmək istəyirsənsə gəl yarat biz arxandayıq. Sonuna qədər dəstək olacağıq. Hər kəsə eşitdirəcəyik.
Niyə SocialUp? (SocialUp üzvü olmaq sizə nə qazandıracaq?)
SocialUpda sizinlə oxşar maraqlara sahib insanları tanımaqla yanaşı ideyalarınızı reallaşdırmaq üçün uyğun mühit qazanmış olacaqsınız.
Öz İcmamı necə yarada bilərəm?
SocialUp.az saytından qeydiyyatdan keçərək “İcmalar” bölümündən “Öz icmanı qur” hissəsinə keçid edərək icmanızı yarada bilərsiniz.
İcmalara necə üzv ola bilərəm?
SocialUp.az saytından qeydiyyatdan keçərək “İcmalar” bölümündən “İcmaya üz ol” hissəsinə keçid edərək üzv ola bilərsiniz.
Sizinlə necə əlaqə saxlaya bilərəm?
E-poçt ünvanı, mobil nömrə və ya sosial şəbəkələrdən ən qısa vaxtda sizi cavablandırırıq.
SocialUp-da kimlər iştirak edə bilər?
Keyfiyyətli vaxt keçirmək istəyən və Etik qaydalara riayət edən hər kəs.
SocialUp-da iştirak edən insanlar hansı tərəfdaşlıqlardan faydalanmaq imkanına malik olurlar?
Socialup çevrəmiz böyüdükcə imkanlarımız onun yanı sıra artmağa başlayır. Artıq bir neçə icma quranlar fəaliyyət təşkil edənlər SocialUp-un yaratdığı imkanlardan yararlanacaqlar. (Misal: Private Partylərimizdə iştirak edə biləcəklər)
The Team
Dreamers. Doers. Creators.

Jordan Parker
Event Coordinator

Reese Whiteman
Production Manager

Jamie Lane
Head of Creative Operations